AZ

Tramp Nobel Sülh Mükafatına namizəd olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra İsrail və İran arasında atəşkəs əldə etmək səylərinə görə irəli sürülüb.

Banco.azxəbər verir ki, Corciya ştatının Respublikaçı Nümayəndələr Palatasının üzvü Baddi Karter Nobel Sülh Mükafatı Komitəsinə məktub yazıb.

Karter məktubda Trampın "İsrail ilə İran arasında silahlı qarşıdurmanı sona çatdırmaq və dünyanın ən böyük terrora dəstək verən dövlətinin planetdəki ən öldürücü silaha sahib olmasının qarşısını almaq" sahəsində "fövqəladə və tarixi bir rol oynadığını" iddia edib.

Çoxlarının mümkün hesab etmədiyi sürətli bir razılaşmanın əldə olunmasında Trampın təsirli olduğunu müdafiə edən Karter yazıb: "Tarixi düşmənçilik və siyasi qeyri-sabitliyin hökm sürdüyü bir bölgədə belə bir irəliləyiş həm cəsarət, həm də aydınlıq tələb edir."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
7
banco.az

1Mənbələr