AZ

Yüksək təzyiqi olanlar yesin İnanılmaz faydaları var

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Alimlər və dietoloqlar sadə qidalarda hipertoniyaya qarşı güclü müttəfiqlər axtarmağa davam edirlər. Bu dəfə mütəxəssislərin diqqətini əvvəllər qan təzyiqini normallaşdırmaq vasitəsi kimi nadir hallarda dəyərləndirilən kərəviz cəlb edib.

BAKU.WS xəbər verir ki, tədqiqatlara görə,kərəvizdə ftalidlər adlanan aktiv maddələr var. Bu maddələr damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Nəticədə dərmansız təzyiqi təbii yolla azaltmaq mümkündür.

Bundan əlavə, kərəviz kalium, maqniyum və lif baxımından zəngindir ki, bu da ürək-damar xəstəlikləri olan insanlar üçün xüsusilə faydalıdır. O, həmçinin sidikqovucu təsir göstərərək orqanizmdən artıq sodyumu xaric etməyə kömək edir – təzyiqin yüksəlməsində əsas amillərdən biri.

Həkimlər bildirir ki, hər gün 3–4 budaq təzə kərəviz yemək bir neçə həftə ərzində nəzərəçarpan təsir verə bilər. Lakin vurğulayırlar ki, kərəviz təyin olunmuş müalicəni əvəz etməməli, ona yalnız əlavə vasitə kimi yanaşılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
baku.ws

5Mənbələr