AZ

İsti ölkələrdə istirahət zamanı sağlamlıq üçün əsas təhlükə açıqlandı

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

İsti ölkələrə səfər edən insanlar üçün ən böyük sağlamlıq riski Günəş radiasiyasıdır. Bu, dəridə ağrılı qızartılar (eritema), yanıqlar, gözlərin selikli qişasının iltihabı (fotooftalmiya) və uzunmüddətli təsir nəticəsində dəri xərçəngi ilə nəticələnə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Piroqov Universitetinin gigiyena kafedrasının professoru, həkim Natalya Şeyina gazeta.ru-ya danışıb.

"Məsələn, insan kurorta gəlir və dərhal uzunmüddətli günəş vannaları qəbul etməyə başlayır – bu, tamamilə yanlış davranışdır. Əvvəlcə orqanizmin adaptasiya dövrü keçməsi lazımdır. Günəş vannalarının müddəti tədricən artırılmalıdır: əvvəlcə bir neçə dəqiqə, sonra 10 dəqiqə, daha sonra bir qədər uzun və s. Günəş vannası qəbul etmək istəyən şəxslər mütləq qoruyucu kremlərdən istifadə etməli, gün eynəyi və təbii parçadan hazırlanmış geyimlər geyinməlidirlər. Həmçinin mütləq baş örtüyü – şlyapa, kepka və ya yaylıq taxmaq lazımdır. İlk günlərdə çətirin altında oturmaq da tövsiyə olunur, çünki bu, günəş radiasiyasının təsirini azaldır. Günəş vannalarını səhər saatlarında – 10-11-dən əvvəl və axşam saatlarında – 15-16-dan sonra qəbul etmək məsləhətdir. Bu zaman ultrabənövşəyi şüalanma daha zəif və zərif olur", deyə həkim bildirib.

İkinci əsas təhlükə - tez xarab olan qidalar

Şeyinanın sözlərinə görə, ikinci böyük təhlükə tez xarab olan məhsullarla qidalanmadır:

"Şübhəli ictimai iaşə obyektlərində qida almaq və yemək olmaz. Belə yerlərdə qida zəhərlənməsi riski yüksəkdir. Kurortlarda hava temperaturu çox yüksək olur, isti şəraitdə qidalar uzun müddət saxlanıla bilmir. Əgər məhsulun saxlanma müddəti bitibsə və ya tələb olunan temperatur rejimi gözlənilmirsə, zəhərlənmə qaçılmazdır. Bu, xüsusilə aşağıdakı məhsullara aiddir: tortlar və kremli şirniyyatlar ("Staphylococcus aureus"), yumurta ("Salmonella"), balıq və ət ("Clostridium botulinum" və s.), eləcə də təzə hazırlanmış salatlar ("Bacillus cereus", "Escherichia coli", "Proteus vulgaris")".

Ölkəyəxas infeksiya riski də var

Bundan əlavə, konkret ölkəyə xas infeksiyalara yoluxmaq riski də mövcuddur. Həkim bu riskin qarşısını almaq üçün istirahətə getməzdən əvvəl qabaqcadan hazırlaşmağı tövsiyə edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr