Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə RBM-in saytında dərc olunan məlumatda deyilir.
İyunun 25-də dolların məzənnəsi təxminən 78,39 rubl, avro isə 91,74 rubl təşkil edəcək.
Müqayisə üçün: iyunun 24-də dollar 78,29 rubl, avro isə 89,84 olub.