Azərbaycanlı biznesmen, bir müddət öncə fəaliyyətini dayandıran Rusiyanın "Ximki" klubu prezidenti Tufan Sadıqovun oğlu İlya Sadıqov Türkiyə klubuna keçir.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu Türkiyənin I Liqasının debütantı "Serikspor"a transfer olunacaq.

"Serikspor"un səhmlərinin 50%-ni Turan Sadıqov alıb. Bu günlərdə komandaya tanınmış rusiyalı çalışdırıcı Sergey Yuranın baş məşqçi təyin olunacağı gözlənilir.

Xatırladaq ki, İlya Sadıqov ötən mövsüm "Ximki"nin heyətində 20 oyun keçirib. Bu klub Rusiya Premyer Liqasında 12-ci yeri tutsa da, lisenziyalaşdırma prosesini keçə bilmədiyinə görə çempionata buraxılmayıb.