“Neftçi” PFK Ervin Koffi ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçuyla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.