AZ

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və “Qərargahın idarə olunması kursu”nun dinləyiciləri ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra MMU rektoru general-mayor Gündüz Əbdülov Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamladıqdan sonra rektor Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən uğurlu islahatlar, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən general-mayor G.Əbdülov bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb.

Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

c4b62f436bfeda85eb23721da241b6c0

04aabea8d8047d7c18d720dc6241c98f

9cee015a06697b6d5484e36b20200847

d0a3fd5d4d506a6db33a8043817cc5ed

4b5addd9e9d8c8199617ffe1f0a730ba

Seçilən
0
16
poliqon.az

10Mənbələr