Bakı. Trend:
"Neftçi" Ervin Koffi ilə vidalaşıb.
Trend xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Neftçi” futbolçu ilə başa çatan müqaviləniyeniləməyib.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi“Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.