AZ

Yuventus dan türk futbolçu ilə bağlı qərar

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Yuventus" Kenan Yıldızı uzun müddət komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi türk futbolçunun 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin müddətini daha 1 il uzadacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Turin təmsilçisi Kenanın maaşını da artıracaq. Klub 20 yaşlı vingerin 1,5 milyon avro olan məvacibini 4 milyon avroya qaldıracaq.

Qeyd edək ki, Kenan Yıldız 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. Türkiyə millisinin üzvü hazırda davam edən klublararası dünya çempionatında meydana çıxdığı 2 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sportal.az

2Mənbələr