AZ

Millimizdən növbəti qələbə - "Airom Cup"

16 yaşadək qızlardan ibarət basketbol millimiz Qazaxıstanın Atırau şəhərində təşkil olunan "Airom Cup" beynəlxalq turnirində növbəti qələbələrini qazanıb.

"Football-plus.az" xəbər verir ki, yığma üçüncü matçında Rusiyanın "MBU Volqoqrad" kollektivinə 67:38 hesabı ilə qalib gəlib.

Daha sonra Qazaxıstan təmsilçisi "Aul Sport"u 59:39 hesabı ilə üstələyən komanda turnirdəki dördüncü qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, milli daha əvvəl "Aul Sport" (72:32) və "Barsy Atrau" (78:43) komandalarını məğlub edib. Komanda növbəti matçlarını sabah keçirəcək.

Seçilən
22
14
football-plus.az

10Mənbələr