AZ

Bakıda pişik və itə qarşı amansız rəftar: Polis araşdırma APARIR

ain.az, Oxu.az saytına istinadən bildirir.

Son günlər heyvanlara qarşı amansız rəftarla bağlı görüntülər paylaşılır.

Oxu.Az xəbər verir ki, bir neçə gün əvvəl pişiyin dilinin kəsilməsinin ardınca bu gün Bakı şəhəri, Zabrat qəsəbəsində itə qarşı zorakılıq halı qeydə alınıb.

Paylaşılan görüntülərdə pişiyin dilinin dibindən kəsildiyi, itin isə yoğun bağırsağına boru keçirildiyi əks olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, heyvanlarla rəhmsiz rəftarla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
oxu.az

3Mənbələr