Məlumata görə, Şavkat Mirziyoyev prezident administrasiyasının rəhbəri vəzifəsini bərpa edib və bu vəzifəyə Səidə Mirziyoyevanı təyin edib.
Qeyd edək ki, Özbəkistan prezident administrasiyasının rəhbəri vəzifəsi 2023-cü ilin avqustunda Şavkat Mirziyoyevin fərmanı ilə ləğv edilmişdi.
Səidə Mirziyoyeva 2023-cü ilin avqustundan Özbəkistan prezidentinin köməkçisi vəzifəsini tutub. Bundan əvvəl o, 2022-ci ilin noyabr ayından başlayaraq Özbəkistan prezident administrasiyasının icra aparatında rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edib.
