AZ

Gürcüstan DTX-nin rəisi: Azərbaycanla ötən il səmərərli əməkdaşlıq davam etdirilib

TBİLİSİ, 24 iyun. TELEQRAF

“2024-cü ildə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qonşu və strateji tərəfda ölkələr olan Azərbaycan, Türkiyə və Ermənistanın müvafiq xidmətləri ilə sıx və səmərəli əməkdaşlığı davam etdirib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan DTX-nin rəisi Anri Oxanaşvili parlamentdə illik hesabatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tərəfdaşlarla əməkdaşlıq operativ-əməliyyat istiamətində, o cümlədən regional təhlükəsizlik risklərinin qiymətləndirilməsi, əks-kəşfiyyat, terrorizmlə mübarizə və kibertəhlükəsizlik sahələrində həyata keçirilib.

DTX rəisi hesabat ilində tərəfdaş dövlətlərlə birlikdə beynəlxalq hüquqi bazanın inkişafına xüsusi diqqətin yetirildiyini də vurğulayıb.

“2024-cü ildə xidmət tərəfindən məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi üzrə yeddi saziş layihəsi və qurumlararası əməkdaşlığa dair üç saziş layihəsi üzrə müvafiq prosedurlar həyata keçirilib”, - A.Oxanaşvili söyləyib.

Seçilən
68
50
teleqraf.com

10Mənbələr