"Mançester Yunayted"in vingeri Ceydon Sanço "Fənərbağça" klubundan aldığı müqavilə təklifini qəbul edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah Spor" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, ingiltərəli futbolçu İstanbul klubunda illik 10 milyon avro maaş alacaq. Hazırda "Fənərbağça" "Mançester Yunayted"lə rəsmi danışıqlara başlamasa da, transferin müsbət nəticələnəcəyinə ümid edir.
Premyer Liqa təmsilçisi də Sançonun satışında maraqlıdır. Futbolçunun illik 12 milyon avroluq maaşı klubun maliyyə yükünü artırır. Daha əvvəl Sanço ilə İtaliyanın "Napoli" və "Yuventus" klublarının da maraqlandığı bildirilib.
Xatırladaq ki, ötən mövsüm Sanço icarə əsasında "Çelsi"də çıxış edib. UEFA Konfrans Liqasının qalibi olan London klubunun heyətində futbolçu turnirdə 2 qol vurub, 5 məhsuldar ötürmə verib və komanda ilə birlikdə Çempionlar Liqasına vəsiqə qazanıb. Buna baxmayaraq, "Çelsi" onun transfer hüququnu almaqdan imtina edib.