16 yaşadək qızlardan ibarət basketbol yığmamız "Airom Cup" beynəlxalq turnirində ardıcıl 4-cü qələbəsini qazanıb. 

Offsideplus.az xəbər verir ki, Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində U-16 seçməmiz 3-cü görüşünü Rusiyanın "MBU Volqoqrad" klubuna qarşı keçirib və 67:38 hesablı qələbəyə sevinib. Qızlarımız günün ikinci oyununda isə Qazaxıstan təmsilçisi "Aul Sport" klubu ilə qarşılaşıb və 59:39 hesabı ilə rəqibinə qalib gəlib. 

Bu qızlarımızın turnirdə "Aul Sport" klubu üzərində ikinci qələbəsi olub. Qeyd edək ki, bütün görüşlərini qələbə ilə tamamlamış qızlarımızın növbəti oyunları 25 iyunda baş tutacaq.