Astana. Trend:
2025-ci ilin sentyabr ayından etibarən Qazaxıstanın MSC “MiddleCorridor Maritime” şirkəti Kurık – Ələt (Azərbaycan) – Kurıkmarşrutu üzrə bərələrlə müntəzəm daşımaların işə salınmasınıplanlaşdırır.
Bu barədə Trend“Qazaxıstan dəmir yollarının” mətbuat xidmətinə istinadən xəbərverir.
Qazaxıstanın Manqistau valisi Nurdəulet Kılıbay və “GeorgianIndustrial Group”un Direktorlar Şurasının sədri David BejuaşviliXəzər dənizində bərə daşımalarının inkişafına yönəlmiş investisiyalayihəsini müzakirə ediblər.
Görüş zamanı bildirilib ki, 2025-ci ilin sentyabrından etibarənQazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəsinəyeni bərə gəmiləri veriləcək və Kurık – Ələt (Azərbaycan) – Kurıkmarşrutu üzrə Qazaxıstan bayrağı altında ilk dəfə olaraq müntəzəmreyslər həyata keçiriləcək.
“Kurık – Ələt – Kurık marşrutu üzrə ayda səkkiz-doqquz reysinyerinə yetirilməsi planlaşdırılır. Bir gəminin tutumu 54 yükfurqonudur. Bu qədər intensiv hərəkət Xəzər istiqamətininburaxıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə artıracaq vəQazaxıstan ilə Azərbaycan arasında etibarlı logistika körpüsüyaradaraq hər iki ölkənin ixracatçı və idxalçıları üçün yeniimkanlar açacaq”, – məlumatda bildirilir.
Məlumata əsasən, digər bərə operatorları ilə əməkdaşlığıngenişləndirilməsi istiqamətində danışıqlar aparılır.