Bu sözləri “Yeni Sabah”a açıqlamasında kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov deyib.
Onun sözlərinə görə, tariflərin yeni qaydada hesablanması əhalinin cibinə təcavüz etmək deməkdir:
“Bu təkliflər Prezidentin göstərişlərinə, fərmanlarına, sərəncamlarına daban-dabana ziddir. Dövlət başçısı deyir ki, əhalinin məmnunluğu təmin olunmalı və insanlar kommunal xidmətlərdən razı qalmalıdır.
Vahid tarif tətbiq edilməlidir. Fəsil və gecə-gündüz tarifləri də düzgün deyil. Nə fərqi var, qazı, yaxud işığı gecə işlətdin, ya gündüz. Bunu xaricdəki tariflərlə müqayisə etməyək. Xaricdə maaşlar, müavinətlər Azərbaycandakından qat-qat yüksəkdir. Yeni tarif qaydaları əhalinin güzəranına zərbə vuracaq”.
Xatırladaq ki, hazırda qaz və işığın işlədilmədiyi halda belə, minimal aylıq ödəniş edilməsi mövzusu müzakirə olunur.