Sea Breeze

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi”ndə baş tutub.

Anlaşma Memorandumunu ABA-nın prezidenti Zakir Nuriyev və Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova imzalayıblar.

Memorandum çərçivəsində tərəflər kredit hesabatı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə təşəbbüslər həyata keçirməyi nəzərdə tuturlar.

ETX
ETX
ETX