Stilist Anar Ağakişiyevin başına iş gəlib.
Bu haqda o özü məlumat verib.
Stilist bildirib ki, Türkiyədə yaşayan azərbaycanlı bir model onun adından kosmetika mağazasından 1800 lirəlik hədiyyələri və endirim çekini götürüb:
"Mən bilmirəm bunu necə deyim. Evdə oturduğum yerdə mənə mesaj gəldi ki, İstanbulda tanınmış kosmetika mağazasından mənim adıma ayrılmış endirim və hədiyyələr götürülüb. Getdim mağazaya və aydın oldu ki, bunu edən yaşı keçmiş azərbaycanlı bir modeldir. Gedib mağazaya, mənim telefon nömrəmi bildiyi üçün mənim adıma ayrılmış endirimi istifadə edərək 1800 lirəlik hədiyyələrimi götürüb, gedib. Satıcı da təcrübəsiz olduğu üçün, inanıb. Ona zəng etdim, guya məni tanımadı, amma mən ona hər şeyi sübut etdim. Ayıb olsun!"
Anar Ağakişiyev bunu edən modelin adını isə açıqlamayıb.