Türkiyəyə köç azalıb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu Türkiyə Statistika Təşkilatının 2024-cü ilə dair beynəlxalq miqrasiya məlumatlarında qeyd olunub.
Məlumata görə, ölkəyə gələnlərin sayı ötən illə müqayisədə 0,6% azalaraq 314 min 588 nəfər olub. Onların 54,5%-i kişi, 45,5%-i qadındır. Köç edənlərin 103 min 732-si Türkiyə, 210 min 856-sı isə xarici vətəndaşdır.
Eyni zamanda, Türkiyədən xaricə köç 40,6% azalaraq 424 min 345 nəfər olub. Bu şəxslərin 151 min 140-ı Türkiyə, 273 min 205-i isə xarici vətəndaşdır.
Ən çox köç 20-29 yaş aralığındadır. Türkiyəyə köç edənlərin 14,7%-i 20-24 yaş, Türkiyədən gedənlərin isə 14,4%-i 25-29 yaş qrupundadır.
İstanbul həm ən çox köç alan (32,8%), həm də verən (34%) şəhərdir. Onu Antalya, Ankara, Mersin və İzmir izləyir.
Ən çox xarici köç Azərbaycan vətəndaşlarından gəlib – 9,9%. Ardınca Türkmənistan, Özbəkistan, Rusiya və İran gəlir. Türkiyədən gedən xaricilər arasında isə İraq vətəndaşları ilk sıradadır (17,4%).