Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
12 günlük müharibə İranda 606 nəfərin həyatına son qoyub.
"Unikal" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Böhran Qərargahı məlumat yayıb.
"Müharibənin başlanğıcından indiyədək 5332 yaralı Səhiyyə Nazirliyinə bağlı mərkəzlərdə müalicə olunub. Bu ədalətsiz və məcburi müharibə indiyədək 606 nəfərin həyatına son qoyub. Şəhidlərin 95 faizi dağıntılar altında ölüb, xəstəxanalara aparılan yaralıların isə yalnız 5 faizi şəhid olub", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.