AZ

"İrana hücum ABŞ konstitusiyasına ziddir" - Trampın hərbi səlahiyyətləri şübhə altında

"ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbənin qanuniliyi Konstitusiyanın II Maddəsi çərçivəsində qiymətləndirilməlidir".  

Milli.Az xəbər verir ki, bunu hüquqşünas Cavid Rəhimli deyib. 

O bildirib ki, Konqresdən əvvəlcədən icazə alınmadan belə, Prezident ABŞ vətəndaşlarını və maraqlarını qorumaq üçün müəyyən hallarda birtərəfli şəkildə hərbi gücdən istifadə edə bilər: 

"Prezident yalnız ABŞ-a qarşı təcili və açıq təhlükə olduqda, dərhal müdaxilə edə bilər. Xarici siyasət Prezidentin səlahiyyətində olsa da, müharibə elan etmək Konqresin səlahiyyətidir. Ali Məhkəmənin Youngstown qərarına əsasən:

Əgər Konqres hərbi əməliyyatda icazə veribsə, Prezidentin səlahiyyəti maksimum səviyyədədir (1-ci zona).
Əgər Konqres susursa, Prezident "boz zona"da hərəkət edir (2-ci zona).
Əgər Konqres etiraz edibsə, Prezidentin səlahiyyəti ən aşağı səviyyədədir (3-cü zona)".

Hüquqşünas qeyd edib ki, hazırda Konqres üzvləri İrana qarşı icazəsiz hücumlara qarşı çıxıb. Bu isə bizi 3-cü zona ilə üz-üzə qoyur:

"İrana müdaxilə zamanı ABŞ-a qarşı təcili və açıq təhlükə olmadığına görə əməliyyat ABŞ konstitusiyasına zidd hesab olunur. Belə təhlükə olmadıqda 3-cü zona səviyyəsində əməliyyat aparıla bilməzdo. Burda isə konqresin etirazı var".

Aysel Əkbər
Milli.Az 

Seçilən
6
50
milli.az

10Mənbələr