Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Aİ Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyaları müzakirə etməyə başlayır
Aİ xarici işlər nazirləri Gürcüstan hakimiyyətinin müxalifətə qarşı hərəkətlərini nəzərdən keçirib və sanksiyalar perspektivinə toxunulub, Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.
"Hökumət getdikcə daha sərt davranır, müxtəlif müxalifətçilərə, mediaya qarşı zorakılıq tətbiq edir", - Kallas bazar ertəsi Brüsseldə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ-nin "bu hərəkətlərə görə məsuliyyət daşıyan şəxslərə qarşı" mümkün sanksiyaları məsələsi qaldırılıb.
Kallas bildirib ki, Gürcüstanla bağlı fikir mübadiləsindən sonra Aİ Şurası sanksiyalarla bağlı razılığa gəlmək üçün iyulda keçiriləcək iclasında bu mövzuya qayıdacaq.
Əziz Mustafa, Oxuməni.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.