Bakı. Trend:
Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudalarıalan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunanssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduhesabına bağlanılacaq.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Dövlət borcu haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dövlət büdcəsindən Naxçıvan MuxtarRespublikasının büdcə, yerli büdcələr, büdcə təşkilatları, dövlətadından yaradılan publik hüquqi şəxslər və dövlət büdcəsindənmaliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində əngeci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcəssudaları ayrılır.
Mövcud qanunvericiliyə əsasən, dövlət büdcəsindən ayrılmış büdcəssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alantəşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərintəşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlərmüşahidə olunmaqdadır.
Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinəgeri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə bu qanunlayihəsi hazırlanıb.
Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həminssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halındaqeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinTəminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdətutulur.
Vurğulanıb ki, qeyd olunan dəyişiklik Təminat Fondunun yalnızdövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilədeyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsiilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.