AZ

İtaliya Trampın tarixi səhvini açıqladı: Ağlı başında olan insan ayətullahların...

Bu gün, 13:29

ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbələr endirmək qərarı ilə tarixi səhvə yol verib.
Reportyor.tv xəbər verir ki, bu fikirləri “Repubblica” qəzetinə müsahibəsində İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte deyib.
Siyasətçi Amerika liderinin hərəkətlərini beynəlxalq hüququn pozulması adlandırıb. Onun fikrincə, Vaşinqtonun qərarının təsdiqlənməsi “ən pis avtokratiyaların atom bombaları ilə silahlanmasına” əsas verə bilər.
Eyni zamanda Konte qeyd edib ki, “heç bir ağlı başında olan insan ayətullahların teokratiyasının tərəfinə keçə bilməz”.
Keçmiş baş nazir həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana hücumunu pisləmədən Rusiyanın Ukraynadakı hərəkətlərini pisləmək çətin olacaq.
Publika.az

Seçilən
0
1
Reportyor.tv

2Mənbələr