AZ

Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir"

"Səni axtarıram" verilişində hər kəsi şoka salan hadisə yaşanıb.

"Cebheinfo.az" BAKU.WS-ə istinadən xəbər verir ki, verilişə çıxan Gülnar adlı qadın müğənni qadının onu həyat yoldaşından ayırmaq istədiyini deyib.

Gülnar 16 illik həyat yoldaşından ayrılmaq istəmədiyini bildirib. 3 övladı olan qadın "Uşaqlarım atasız qalmasın deyə həyat yoldaşımdan boşanmaq istəmirəm",- deyə canlı efir zamanı qeyd edib.

Daha sonra qadın bildirib ki, həyat yoldaşı ona Mətanət adlı müğənni ilə xəyanət edir. Qadın sənətçi Gülnara 4 ildir sosial şəbəkədən yazır ki, ərindən boşansın. Gülnar isə həyat yoldaşından heç vaxt boşanmayacağını açıqlayıb.

Efir zamanı müğənninin adının Mətanət olduğu deyilsə də, soyadı qeyd edilməyib.

"Cebheinfo.az"

Seçilən
6
14
cebheinfo.az

10Mənbələr