AZ

Yunanıstanda və Kiprdə İrana casusluqda şübhəli bilinən azərbaycanlılar həbs ediliblər

Yunanıstan hakimiyyəti NATO-nun hərbi-dəniz bazasının yerləşdiyi Krit adasında casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşının həbs edilməsi barədə məlumat yayıb. İyunun 21-də Kiprdə Azərbaycan əsilli Britaniya vətəndaşının həbs olunduğu da bildirilib: o, İranın xeyrinə casusluq etməkdə və terror aktı təşkil etmək niyyətində şübhəli bilinir.

Oxuməni.az xəbər verir ki, bu barədə “BBC”-nin rus xidməti məlumat yayıb.

Yunanstan və Kipr hakimiyyəti iki həbsin əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.

“Reuters” agentliyinin Yunanıstan polisindəki mənbələri bazar günü Kritdə 26 yaşlı azərbaycanlının həbs olunduğunu bildirib. O, iyunun 18-dən adanın qərbində, Suda körfəzindəki NATO bazası yaxınlığındakı oteldə yaşayırmış. Agentliyin mənbəsinin sözlərinə görə, onun noutbukunda 5000-dən çox fotoşəkil və şifrələmə proqramı tapılıb. “BBC”-nin müxbiri Co İnvudun xəbər verdiyi kimi, şənbə günü həmçinin Britaniya Hərbi Hava Qüvvələrinin Kiprdəki bazası yaxınlığında İrana casusluqda şübhəli bilinən şəxsin həbs olunduğu xəbəri yayılıb.

Kipr mediası şənbə günü həbs edilən şübhəlinin Azərbaycan əsilli olduğunu, yəni ölkəni deyil, Azərbaycanda və İranın şimal-qərbində yaşayan etnik qrup olduğunu və Polşa pasportu ilə özünü turist kimi təqdim edərək Kiprə daxil olduğunu bildirib.

Kiprin “Philenews” xəbər agentliyi bu şəxsin "İran agentləri" ilə əlaqəsi olduğunu və Limassolun cənubundakı sahil şəhəri yaxınlığındakı Akrotiridəki Britaniya hava bazası yaxınlığında özünü şübhəli apardığı görüldüyünü bildirib.

Kiprin “ANT1” xəbər portalının məlumatına görə, şübhəlinin aprelin ortalarından bəri Britaniyanın “Akrotiri” hərbi bazasını, eləcə də Kiprin qərbindəki Pafos bölgəsindəki “Andreas Papandreu” hava bazasını izlədiyi güman edilir. Hazırda Kipr və Yunanıstanın hüquq-mühafizə orqanları iki şübhəlinin əlaqəsi olub-olmadığını müəyyən etmək üçün yaxından işləyir. Bu iki iş arasındakı oxşarlıq "gözardı edilməyəcək qədər əhəmiyyətlidir", - deyə təhlükəsizlik orqanlarındakı mənbə Kiprin “24news” kanalına bildirib.

Almaz Həsənli

Seçilən
4
1
oxumeni.az

2Mənbələr