Məhbuslar “Evin” həbsxanasından Tehran vilayətindəki digər cəzaçəkmə müəssisələrinə köçürülüb.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edək ki, ötən gün İsrailin İrana hava hücumları nəticəsində Tehranın “Evin” həbsxanası vurulub.
Məlumata görə, həbsxananın bəzi hissələrinin vurulması İranın Məhkəmə Sistemi tərəfindən təsdiqlənib.
Hücum nəticəsində həbsxananın müəyyən hissələrinə ciddi şəkildə ziyan dəyib. Ölən və yaralananlar haqda məlumat verilməyib.