"Barselona" yay transfer pəncərəsində ikinci transferi də razılaşdırıb.
Publika.az xəbər verir ki, qapıçı Joan Qarsiyadan sonra Kataloniya klubu "Kopenhagen"in isveçli vingeri Runi Barqajini heyətinə qatmağa hazırlaşır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, "Barselona" 19 yaşlı futbolçu üçün Danimarka klubuna 2 milyon avro ödəyəcək. Müqaviləyə həmçinin mümkün bonuslar və Bargajinin gələcək satışından "Kopenhagen" üçün faiz də daxil ediləcək.
Runi İspaniya nəhənginə keçmək üçün "Tottenhem"ə keçməkdən imtina edib. Medianın yazdığına görə, o, uşaqlıqdan "Barselona"nın azarkeşi olub və bu amil transferin reallaşmasında mühüm rol oynayıb.