NATO-nun Baş katibi Mark Rutte "Türkiyənin çox böyük müdafiə sənayesi bazası var" deyib.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən qeyd edir ki, Rutte "Türkiyənin müdafiə sənayesi bazasının İngiltərə, Norveç və AB ilə mümkün qədər sıx bağlı olmasını təmin etməliyik" deyə vurğulayıb.
NATO Baş katibi Türkiyənin müdafiə sənayesinin müttəfiqlərlə sıx təmasda olması lazım olduğunu ifadə edərək "NATO-da bariyer çəkilməsinə imkan verməyək. Bunun heç bir faydası olmayacaq" deyə əlavə edib.