ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Klublararası dünya çempionatının pley-off mərhələsinin ilk mərhələsində “PSJ” və “Botafoqo” ilə kimin oynayacağı məlum olub
Hazırda ABŞ-da davam edən Klublararası Dünya Çempionatında pley-off mərhələsinin ilk səkkiz cütündən ikisi müəyyənləşib.
Fransanın hazırkı çempionu və Çempionlar Liqasının qalibi “PSJ” dünya çempionu Lionel Messinin çıxış etdiyi Amerikanın “İnter Mayami” klubu ilə qarşılaşacaq. Qarşılaşma iyunun 29-da baş tutacaq.
Digər cütdə Braziliyanın iki klubu qarşılaşacaq: hazırkı ölkə çempionu “Botafoqo” “Palmeyras”la qarşılaşacaq. Braziliya derbisi iyunun 28-də baş tutacaq.
“Flamenqo” (Braziliya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya) və “Mançester Siti” (İngiltərə) də 1/8 finala yüksəlib. Onların rəqibləri daha sonra müəyyənləşəcək.
Turnirin qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq, pley-off mərhələsinə iyunun 28-də start veriləcək.
Almaz Həsənli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.