AZ

Dünya üzrə səyahət iflic olub: Günahkar bəllidir

ABŞ-ın İsrail-İran müharibəsinə girməsi dünya üzrə səyahətləri iflic dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Həftə sonu ABŞ prezidenti Donald Trampın əmri ilə İranın üç nüvə və hərbi obyektinin misli görünməmiş bombardmanından sonra İran bazar ertəsi Qətərin Əl-Udeyd aviabazasındakı ABŞ hərbçilərinə raket zərbəsi endirib. Qətər bir neçə saat əvvəl hava məkanını bağlamışdı.

İsrail və İran arasında ölümcül hücumlar artdıqca, bölgədəki bir çox hava məkanı və hava limanları müvəqqəti olaraq bağlanıb. Aviaşirkətlər son günlərdə daha çox uçuşu ləğv etdi, bəzi marşrutlar üzrə uçuşları həftə ortasına qədər dayandırdı - xüsusən Qətər və Birləşmiş Ərəb Əmirliklərində, İrandan Fars körfəzi boyunca.

“Qatar Airways”, Qətərdə hava nəqliyyatının bağlanması səbəbindən uçuşlarının dayandırıldığını bildirdi, Yaxın Şərq aviaşirkətləri uçuşların ləğvi və gecikmələrindən ağır zərbə aldı.

Bildirilir ki, zərər çəkmiş sərnişinlərə kömək etmək üçün Həmad Beynəlxalq Hava Limanına və digər əsas hava limanlarına əlavə yerüstü heyət yerləşdirilib.

BƏƏ-nin aviadaşıyıcısı 30 iyun 2025-ci il, bazar ertəsi gününə qədər Bağdad və Bəsrə uçuşları da daxil olmaqla, İran və İraqa bütün uçuşları dayandırıb. “Air Emirates”in qeyri-müəyyən sayda digər reyslərinin istiqaməti dəyişdirilib, lakin onlar münaqişə zonalarından xeyli uzaqda olan uçuş marşrutlarından istifadə edərək planlı şəkildə fəaliyyətlərini davam etdirirlər. Bəzi reyslər gecikir.

Seçilən
9
publika.az

1Mənbələr