"Aşkı Hatırla" serialındakı cəsarətli səhnələri ilə gündəmə gələn Hande Erçel indi yeni imici ilə danışılır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisa saçlarının ön hissəsinin rəngini açıb. Erçel bu paylaşımı sosial mediada diqqət çəkib.
Onun yeni imici müzakirələrə səbəb olub. Dəyişikliyin Sabancı ailəsi ilə yaşandığı iddia edilən münaqişədən dərhal sonra gəlməsi də diqqət çəkib.
Qeyd edək ki, Barış Arduçla birlikdə rol aldığı "Aşkı Hatırla" serialında tez-tez cəsarətli səhnələri ilə gündəmə gələn Hande Erçelin sevgilisi Hakan Sabancının ailəsi ilə problemləri olduğu iddia edilib. Səhnə kulislərindən yayılan məlumata görə, Hakan Sabancının anası Arzu Sabancının oğlu Hakana "Bu münasibəti bir daha nəzərdən keçirin" deyib.