AZ

Gürcüstanda daha bir müxalifət lideri 7 ay həbsə məhkum edildi

TBİLİSİ, 24 iyun. TELEQRAF

Gürcüstanın müxalif “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze 7 ay müddətinə azadlıqdan məhrum olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi şəhər məhkəməsi açıqlayıb.

Müxalifətçi parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. O, hökmün elanında iştirak etməyib.

Qeyd edək ki, G.Vaşadze aprelin 15-də istintaq komissiyasının iclasına çağırılmışdı. O, iclasa qatılmaqdan imtina edib. Məhkəmə aprelin 23-də G.Vaşadze ilə bağlı 50 min lari məbləğində girov qətimkan tədbiri seçmişdi. Müxalifətçi girovu qanunla müyyən edilmiş müddətdə ödəmişdi.

Xatırladaq ki, ötən gün məhkəmənin qərarları ilə eyni ittiham irəli sürülmüş digər müxalifətçilər – “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze 8 ay müddətinə həbs olunublar.

Seçilən
68
10
teleqraf.com

10Mənbələr