Klublararası Dünya Çempionatının qrup mərhələsinin üçüncü turunda "İnter Mayami" və "Palmeyras" qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Referans xəbər verir ki, Lionel Messinin çıxış etdiyi ABŞ klubu Braziliya təmsilçisi ilə birlikdə pley-off mərhələsinə vəsiqə qazanıb.
"Opta"nın məlumatına görə, argentinalı ulduz çıxış etdiyi klublar və milli komanda da daxil olmaqla karyerası ərzində iştirak etdiyi bütün 33 qrup mərhələsini uğurla adlayıb.
Qeyd edək ki, "İnter Mayami" 1/8 finalda Lionel Messinin sabiq klubu PSJ ilə qarşılaşacaq. "Palmeyras" isə "Botafoqo" ilə üz-üzə gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta