Rusiyanın Moskva vilayətində miqrantlar xüsusi hərbi əməliyyatın (SVO) iştirakçıları üçün olan humanitar yardımları oğurlayıb.
BAKU.WS xəbər verir ki, hadisə barədə yerli KİV məlumat yayıb.
Kadrlarda iki qadının humanitar yardım olan səbətdən əşyalar çıxararaq çantaya qoyduğu və ərazidən uzaqlaşdığı görünür. Hadisə Moskva vilayətindəki ticarət mərkəzlərindən birində baş verib.
Qeyd olunub ki, əməli törədənlər müşahidə kamerası sayəsində müəyyən edilib.
Analoji hadisə bir müddət əvvəl Barnaulda da baş verib.