AZ

Prezidentin bu tapşırığına əməl olundumu?

ain.az bildirir, Gununsesi portalına istinadən.

“20 il əvvəl 24 iyun 2005-ci il tarixli 945-IIQ №-li Qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. Bu Qanuna əsasən korrupsiyaya qarşı mübarizə çərçivəsində məmurlar və onların ailə üzvləri ildə bir dəfə gəlirlərini bəyan etməli idilər (zatən bu olmadan korrupsiyaya qarşı mübarizədən danışmağa dəyməz). Prezidentin 2005-ci il 9 avqust tarixli 278 №-li Fərmanı ilə Nazirlər Kabinetinə tapşırılmışdır ki, iki ay müddətində həmin bəyannamənin formasını müəyyən etsin. Ötən 20 il ərzində bu tapşırıq icra olunmayıb”.

Bunu Gununsesi.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, 2 il əvvəl həmin formanı özü hazırlayaraq Baş nazirə göndərib: “Göndərdim ki, təsdiq etsin. Amma mənə indiyədək cavab verməyib. Məktubumu belə bitirmişdim: Ümid edirəm ki, tezliklə Nazirlər Kabineti Prezidentin tapşırığını icra edərək bu sənədləri təsdiq edəcək. Bununla həm beynəlxalq öhdəliyimizi yerinə yetirəcəyik, həm də korrupsiyaya qarşı əsaslı mübarizəyə başlayacağıq. Əks halda, cəmiyyətdə belə fikir formalaşacaq ki, Nazirlər Kabineti bu mübarizəni aparmaqda maraqlı deyil.” Vəkilin sözlərinə görə, maraqlısı həm də odur ki, son dövrdə adi vətəndaş xarici valyuta alanda, hətta ƏDV-ni geri qaytaranda və s. hallarda məmurlar ondan vəsaitinin mənbəyini soruşurlar:”Amma öz gəlirlərini bəyan etmək istəmirlər. Unikal ölkəyik: xalqın xidmətçisi və yalnız dövlət büdcəsindən aldığı pulla dolanmalı olan məmurlar gəlirlərini bəyan etmir, amma qanunla qadağan edilməyən hər hansı fəaliyyətlə məşğul ola və gəlir əldə edə bilən sıravi vətəndaşdan gəlirlərini bəyan etməyi tələb edirlər”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
icma.az

1Mənbələr