Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyaya yollanıb.
Futbolpress.az xəbər verir ki, bir müddətdir, Türkiyədə istirahətdə olan forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Emreli Ştutqart şəhərinə yola düşüb.
Daha əvvəl Mahirin “Kayzerslautern”lə razılaşdığı bildirilib. 27 yaşlı hücumçunun Almaniyaya yollanaraq yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Mahir başa çatan mövsümdə II Bundesliqada “Nürnberq”də oynayıb. O, bu komandada 24 oyunda 10 qol vurub.