AZ

Tural Gəncəliyev: “Kahramanmaraş "Azərbaycan məhəlləsi”nin rəmzi mənası var”

Yazını böyüt
Yazını kiçilt

“Kahramanmaraşın bərpası mühüm hadisə olmaqla yanaşı, ölkəmizin humanist, sülhpərvər, quruculuq ideyalarını göstərməklə Türkiyə-Azərbaycan münasibətlərini inkişafını göstərir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tural Gəncəliyev bu günlərdə Türkiyədə Azərbaycan məhəlləsinin açılması ilə bağlı bildirib.

Deputat qeyd edib ki, Kahramanmaraş Azərbaycan məhəlləsinin rəmzi mənası var. Azərbaycan humanist jest edərək zəlzələ nəticəsində dağılmış şəhəri bərpa etdi. Bu, dünyaya Azərbaycanın dostluğa, qardaşlığa nə qədər sadiq olduğunu, humanist ideyalara mənsub olduğunu göstərir.

Seçilən
4
hafta.az

1Mənbələr