ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Lill”in futbolçusu Conatan Devid karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, kanadalı hücumçu “Yuventus”la razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Devid “qoca sinyora”nın illik 6 milyon avro maaş təklifinə “hə” deyib.
Conatanın adı daha öncə “Fənərbağça” ilə hallanırdı.
Kanada millisinin də üzvü olan hücumçu başa çatan mövsümdə 49 oyunda 25 qol vurub, 12 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.