BAKI, 24 iyun. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü uşaq olmaqla 11 nəfərə müvafiq köməklik göstərilib.