AZ

Nazir: Xaricdə təhsillə bağlı 1 000-dən artıq müraciət daxil olub » AzadMedia.az


2025-2026-cı tədris ili üçün xaricdə təhsillə bağlı 1 000-dən artıq müraciət daxil olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, onların üçdə biri dünyanın TOP-10 universitetlərinə daxil olan azərbaycanlı tələbələrdir:

"Bu, böyük nailiyyətdir. Çünki 300-dən artıq şəxsin dünyanın ən yaxşı 10 universitetində təhsil alması təhsil sistemi üçün uğurdur. Biz istəyirik ki, xaricdə oxuyanlar ölkəyə qayıtsınlar".
Seçilən
8
3
azadmedia.az

4Mənbələr