AZ

İran İsraillə atəşkəsin qüvvəyə mindiyini elan etdi » AzadMedia.az


Azadmedia.az Press TV-yə istinadən xəbər verir ki, atəşkəs rejimi İran tərəfində qüvvəyə minib.
Atəşin dayandırılması İranın İsrail tərəfindən işğal olunmuş ərazilərə dörd dalğa hücumundan sonra başlayıb.

Bundan əvvəl Tramp İsrail və İran arasında tam atəşkəs elan edib. Razılaşma ABŞ və Qətər arasında birgə vasitəçiliyin nəticəsi olub.

Xatırladaq ki, İsrail iyunun 13-də İran ərazisindəki hərbi və nüvə obyektlərinə irimiqyaslı zərbələr endirərək “Yüksələn Aslan” hərbi əməliyyatına başlayıb. Hücum nəticəsində iranlı nüvə mütəxəssisləri, silahlı qüvvələrin yüksək rütbəli zabitləri və SEPAH komandirləri həlak olublar.

Buna cavab olaraq Tehran İsrail ərazisini vurmaq üçün raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib. Eskalasiyanın əsas mərhələsi ABŞ-ın birbaşa müdaxiləsi oldu: Amerika strateji təyyarəsi İranın nüvə obyektlərinə, o cümlədən Forddakı yeraltı uranın zənginləşdirilməsi kompleksinə zərbələr endirdi.
Seçilən
9
1
azadmedia.az

2Mənbələr