Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 270,1 mln. manat artıb.
Bu barədə Moderator.az-a DSMF-dən məlumat verilib.
"2025-ci ilin yanvar-may ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 270,1 mln. manat və ya 9,5% artıb.
Xərclərin 96,8%-ni əhaliyə ödənişlər təşkil edib", - məlumatda bildirilib.