AZ

Milli Məclis 12 qanun layihəsini müzakirə edəcək

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılıb.

Hafta.az xəbər verir ki, müzakirəyə çıxarılan qanunlardan dördü üçüncü oxunuş, səkkizi isə birinci oxunuşda müzakirə ediləcək.
Üçüncü oxunuşda; “İstilik təchizatı haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi müzakirə və səsverməyə çıxarılacaq.

Eləcə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.

Seçilən
6
hafta.az

1Mənbələr