AZ

Zəiflik səviyyələrinin TTƏSNİFATI

Mülki aviasiya obyektlərində zəiflik səviyyəsi üç kateqoriyaya bölünür.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Aşağı zəiflik səviyyəsində mövcud müdafiə sistemi potensial təhlükələri effektiv dəf edir. Orta zəiflik səviyyəsində isə müdafiə tədbirləri tam səmərəli olmur və ziyanın vurulması mümkündür. Yüksək zəiflik səviyyəsi mövcud müdafiə sisteminin potensial təhlükələrin qarşısını almaqda çox zəif olduğunu göstərir. Bu halda, əlavə təhlükəsizlik tədbirləri vacib sayılır. Hər səviyyəyə uyğun müdafiə planları hazırlanır. Zəiflik qiymətləndirilməsi təhlükəsizlik səviyyəsinin artırılması üçün əsasdır. Müəyyən edilmiş zəifliklər üzrə tədbirlər planı tərtib edilir.

Seçilən
2
heftelik.az

1Mənbələr