ain.az, Baku.ws portalına istinadən məlumat verir.
"İranla atəşkəs bütün tərəflər buna əməl edərsə, qüvvədə qalacaq".
BAKU.WS xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
Bundan əvvəl Tramp İran-İsrail münaqişəsində atəşkəsin başladığını elan edərək, hər iki tərəfi onu pozmamağa çağırıb.
O, həmçinin bildirib ki, atəşkəs qeyri-müəyyəndir və "əbədi davam edəcək".
Xatırladaq ki, iyunun 24-də səhər saatlarında İranın "Press TV" kanalı bildirib ki, atəşkəs İranın İsrail ərazisinə "dörd dalğa" hücumundan sonra qüvvəyə minib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.