AZ

"Kəpəz" "Sabah"ın müdafiəçisi ilə anlaşıb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə daha bir futbolçu qatıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, gəncəlilər bu dəfə yerli futbolçu ilə ortaq məxrəcə gəlib.

"Sarı-göylər" "Sabah"la müqaviləsi başa çatan Abdulla Rzayevlə anlaşıblar.

Qeyd edək ki, 23 yaşlı sağ cinah müdafiəçisi 2024/25 mövsümündə "bayquşlar"ın heyətində 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Rzayev U-21-in heyətində 16 matç keçirib.

İdman.biz

Seçilən
35
13
idman.biz

10Mənbələr