AZ

“PSJ” və “Botafoqo” klubları dünya çempionatının 1/8 finalına yüksəliblər

Fransanın “PSJ” və Braziliyanın “Botafoqo” klubları B qrupunun bütün oyunlarının nəticələrinə əsasən, klublararası dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Bu barədə Oxuməni.az “TASS”-a istinadən xəbər verir. Turnir ABŞ-da keçirilir.

Qrup mərhələsinin üçüncü, sonuncu turunun matçında “PSJ” amerikanın “Sietl Saunders” komandasına 2:0 hesabı ilə qalib gəlib. Paris təmsilçisinin heyətində Xviça Kvaratsxeliya və Əşrəf Hakimi fərqləniblər.

Qrupun digər oyununda Madrid “Atletiko”su braziliyalı “Botafoqo”nu məğlub edib (1:0). Qələbə qolu Antuan Qrizmann vurub.

Qrup mərhələsindən sonra “PSJ”, “Botafoqo” və “Atletiko” hərəyə 6 xal toplasa da, top fərqi daha yaxşı olduğuna görə Fransa və Braziliya klubları pley-offa yüksəliblər.

Bundan əvvəl Almaniyanın “Bavariya”, Braziliyanın “Flamenqo”, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Yuventus” klubları 1/8 finala vəsiqəni təmin etmişdilər. Pley-off mərhələsinin ilk oyunları iyunun 28-dən iyulun 1-dək keçiriləcək.

Klublararası dünya çempionatında səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər qrupda ilk iki yeri tutan komanda 1/8 finala yüksəlir. Final oyunu iyulun 13-də keçiriləcək.

Almaz Həsənli

Seçilən
6
oxumeni.az

1Mənbələr