AZ

Pauel senata hesabat təqdim edəcək

FED sədri Cerom Pauel bu gün və sabah Konqresə “Altı aylıq pul siyasəti” hesabatını təqdim edəcək.

FED sədri hesabatı bu gün Bakı vaxtı ilə saat 18:00-da Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinə təqdim edəcək və Komitə üzvlərinin suallarını cavablandıracaq.

Pauel sabah eyni saatda Senatın Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsinə “Altı aylıq pul siyasəti” hesabatını təqdim edəcək və sualları cavablandıracaq.

UBS iqtisadçısı Conatan Pinql, investorların Pauelin təqdimatlarını və digər FED üzvlərinin çıxışlarını izləyəcəklərini və FED-in iyul toplantısında faiz dərəcələrindəki hərəkəti proqnozlaşdırmağa çalışacaqlarını vurğulayıb.

Seçilən
7
vaxt.az

1Mənbələr